Medianews.az
Ayı 3 nəfərə<span style=color:red> hücum etdi
164 baxış

Ayı 3 nəfərə hücum etdi

Yaponiyanın İiyama şəhərində ayı 3 nəfərə hücum edib. Medianews.az xəbər verir ki, hadisə aprelin 10-da, cümə axşamı baş verib. Heyvan əvvəlcə tövlədə işləyən 65 yaşlı kişiyə hücum edib. Daha sonra ayı qonşu evin pəncərəsini sındıraraq içəri girib və  96 yaşlı ev sahibini və 66 yaşlı qadını yaralayıb. Kişilər üz və əzalarından ağır xəsarətlər alıblar. Bundan sonra ayı qonşuluqdakı boş evə qaçıb. Ovçular hadisə yerinə gələndə o, artıq orada olmayıb. Ötən il Yaponiyada evlərin yaxınlığında ayıların görünməsi ilə bağlı 1430 hadisə qeydə alınıb. Medianews.az

Bizə qoşulun