Medianews.az
Jurnalist polis məmurunu vəhşicəsinə döydü- <span style=color:red>ANBAAN VİDEO
155 baxış

Jurnalist polis məmurunu vəhşicəsinə döydü- ANBAAN VİDEO

Türkiyənin Bursa şəhərində sosial mediada böyük əks-səda ilə qarşılanan dəhşətli hadisə baş verib.

Medianews.az-ın məlumatına görə, jurnalist olduğu iddia edilən E.Ö. adlı şəxs polis əməkdaşına qarşı sərt fiziki zorakılıq tətbiq edib. Hadisə polisin həyat yoldaşının gözü önündə baş verib.

Hadisə şəhərin mərkəzi ərazilərindən birində qeydə alınıb. E.Ö.-nün polisə hücum etdiyi anlar ətrafdakı insanlar tərəfindən mobil telefonla lentə alınıb və görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb. Videolarda E.Ö.-nün heç bir tərəddüd etmədən polisə fiziki güc tətbiq etdiyi, polisin isə hadisəyə müqavimət göstərməkdə çətinlik çəkdiyi aydın görünür.

Əldə olunan ilkin məlumatlara görə, hadisədən dərhal sonra E.Ö. saxlanılıb. Hüquq-mühafizə orqanları tərəfindən insidentlə bağlı araşdırmalara başlanılıb. Rəsmi qurumlardan hələlik hadisənin motivi ilə bağlı ətraflı açıqlama verilməyib.

Medianews.az

Bizə qoşulun