Medianews.az
“Sınıxdığım məqamlar olub, istəmirəm övladlarım da bunu yaşasın” - <span style=color:red>FOTOLAR
202 baxış

“Sınıxdığım məqamlar olub, istəmirəm övladlarım da bunu yaşasın” - FOTOLAR

“Bütün çətinliyin yarısı anamın üzərinə düşür”

“Sənətə gəldiyimə görə heç vaxt peşman olmamışam. Yaradıcı ruhum var. Bu sənətə gəlməsəydim, harada yaradıcılıq varsa orada özümü tapardım. İkinci ixtisasım dizaynerlikdir. Aktrisa olmasaydım da, dizayner kimi davam edərdim. Öz sahəmdə də uğur qazanardım” Bunu tanınmış aktrisa Ülviyyə Xəlilbəyli Medianews.az-a açıqlamasında deyib. Aktrisa bildirib ki, bizim aktyorluq sənəti ilə dünyaya çıxmaq olar. Bu da hər sənətçinin taleyinə yazılan yazı deyil: “Bizdə aktyorluq sənəti əslində zəif deyil. Hətta güclüdür. “Yaşadığın yer kaderindir” deyə bir cümlə var. Hərdən onun doğruluğuna inanıram. Özü də çox. Bizim aktyorluq sənəti ilə dünyaya çıxmaq olar əslində. Niyə də olmasın? Əlbəttə ki, burada da şans böyük rol oynayır”. Ülviyyə Xəlilbəyli bildirib ki, övladlarında incəsənət ruhu var: “Mən övladlarımın seçiminə qarışmaram. Özlərini harada görərlərsə, o sahədə də onlara dəstək olaram. İnşallah. Yaşları hələ çox azdır. Bu gün rəsmə və musiqiyə meyilli olduqlarını hiss edirəm. Gələcəkdə nə olar bilmirəm? Amma onu da deyim ki, oğlum Fuad 2 yaşından Akademik Rus Dram teatrının səhnəsindədir. “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasında oynayıb. Harada özlərini xoşbəxt hiss etsələr, harada özlərini görsələr yanlarında olacağam. Çünki özüm dəstək görməmişəm. Sınıxdığım məqamlar olub. Onları yaşasınlar istəmərəm. Son nəfəsimə kimi övladlarımın uğurlu, xoşbəxt və vətənə yararlı insanlar olması üçün çalışaram. Film çəkilişləri ilə yanaşı övladlarıma da vaxt ayırıram. Heç bir köməkçim də yoxdur. Hər bir işi özüm görürəm. Bütün çətinliyin yarısı anamın üzərinə düşür”. Əli Əsgər Medianews.az

Bizə qoşulun