Medianews.az
Tramp 75 ölkə ilə bağlı <span style=color:red>yeni qərar verdi
193 baxış

Tramp 75 ölkə ilə bağlı yeni qərar verdi

ABŞ Prezidenti Donald Tramp 75 ölkəyə tarif tətbiqinə 90 günlük fasilə verib. Medianews.az xəbər verir ki, ABŞ Prezidenti qərarın dərhal qüvvəyə mindiyini bildirib. Tramp deyib ki, bu ölkələr ABŞ-ın nümayəndələrini, o cümlədən Ticarət və Xəzinədarlıq Departamentlərini və ABŞ Ticarət Nümayəndəliyini ticarət maneələri, tariflər, valyuta manipulyasiyası və qeyri-monetar tariflərlə bağlı müzakirəyə çağırıb. ABŞ Prezidentinin sözlərinə görə, onun rüsum tətbiqi ilə bağlı qərarlarına baxmayaraq həmin ölkələr ABŞ-a qarşı cavab tarifi tətbiq etməyib. Bu səbəbdən Tramp həmin ölkələrə tarif tətbiqini 3 ay dayandırıb və tariflərin 10 faiz azaldılması barədə qərar verib. /AZƏRTAC

Bizə qoşulun