07.04.2025, 17:00
187 baxış
Nailə
Bir yaşlı uşaq babasının qalıqlarını yedi
Britaniyada bir yaşlı uşaq təsadüfən babasının külünü yeyib.
Publika.az xəbər verir ki, bu barədə onun anası Nataşa Emeni "TikTok"da danışıb.
Bloqqerin sözlərinə görə, o, uşağı bir-iki dəqiqə qonaq otağında tək qoyub. Qayıdanda körpə tərəfindən otağa dağıdılmış boz toz görüb. Döşəmədə, divanda, oyuncaqlarda və uşağın dilində ləkələr əmələ gəlib.
Ətrafına baxan qadın atasının külünün saxlandığı şkafın üstündə açıq qabın olduğunu görüb və sonra dəhşətə gələrək qalıqların uşağının da ağzında olduğunu anlayıb.
Qadın mətbuata körpənin yaxşı olduğunu və onun sağlamlığı üçün heç bir təhlükə olmadığını qeyd edib.
Paylaş: