Medianews.az
Bir mesajla başlanan dava <span style=color:red> qanla BİTDİ
182 baxış

Bir mesajla başlanan dava qanla BİTDİ

Türkiyədə 18 yaşlı Mert Taşkömürün adlı gənc mübahisə etdiyi qonşusunun atasını bıçaqlayaraq öldürüb. Medianews.az xəbər verir ki, hadisə martın 31-də, gecə saatlarında, Adanada baş verib. İddiaya görə, TY adlı şəxs qonşuları Mert Taşkömürün 16 yaşlı sevgilisinə sosial şəbəkə vasitəsilə mesaj göndərib və küçədə onu da təhqir edib. İki ailə arasında yaranan mübahisə qısa zamanda davaya çevrilib. Taşkömür TY-nin 37 yaşlı atası Engin Yıldızı ayağından və qasıq nahiyəsindən bıçaqlayıb. Yıldız qan içində yerə yıxılarkən şübhəli qaçıb. Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. İlkin tibbi yardımdan sonra Engin Yıldız xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq o, həyatını itirib. Mert Taşkömürü gizləndiyi evə basqın zamanı saxlayıb. İfadə verdiyi zaman o, etdiklərini inkar etsədə həbs edilib. Medianews.az

Bizə qoşulun