Medianews.az
Azərbaycan Kuboku: "Araz-Naxçıvan" ilk oyunda "Qarabağ"a <span style=color:red>qalib gəlib
206 baxış

Azərbaycan Kuboku: "Araz-Naxçıvan" ilk oyunda "Qarabağ"a qalib gəlib

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Araz-Naxçıvan" "Qarabağ"a qalib gəlib. "Report"un məlumatına görə, "Liv Bona Dea Arena"da baş tutan matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar. Felipe Santos İssuf Paroya qarşı kobud oyuna görə təyin olunan penaltini 28-ci dəqiqədə qola çevirib. Günün digər qarşılaşmasında "Neftçi" "Sabah"ı qəbul edəcək. Matç saat 19:30-da start götürəcək. Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri aprelin 23-də keçiriləcək.

Bizə qoşulun