Medianews.az
Rusiya telekanalının jurnalisti Belqorodda <span style=color:red>öldürüldü - VİDEO
110 baxış

Rusiya telekanalının jurnalisti Belqorodda öldürüldü - VİDEO

Rusiyanın "Birinci Kanal"ının Belqorod vilayətindəki müxbiri Anna Prokofyeva həlak olub, operator Dmitri Volkov isə yaralanıb. Musavat.com xəbər verir ki, məlumatı telekanal yayıb. Bildirilir ki, "Birinci Kanal"ın hərbi müxbiri Anna Prokofyeva peşə borcunu yerinə yetirərkən həlak olub. Hadisə Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətində, "Birinci Kanal"ın çəkiliş qrupunun minaya düşməsi nəticəsində baş verib. Telekanalın məlumatına görə, Annanın 35 yaşı var idi, o, RUDN Universitetinin jurnalistika fakültəsini bitirib, ispan dilini mükəmməl bilirdi. "Russia Today" agentliyinin İspaniya redaksiyasında işləyib. 2023-cü ildən "Birinci Kanal"da işləyirdi, müharibə zonasından reportaj hazırlayan müharibə müxbiri idi.

Bizə qoşulun