Medianews.az
Atası yırtıcı heyvanın hücumuna məruz qalan qızını <span style=color:red>bu cür xilas etdi
185 baxış

Atası yırtıcı heyvanın hücumuna məruz qalan qızını bu cür xilas etdi

ABŞ-nin Bellevue şəhərində koyot 4 yaşlı qızı dişləyib. Medianews.az xəbər verir ki, qıza hücum atası ilə birlikdə evdən çıxarkən baş veirb. Lena adlı qız onun qarşısında bir itin dayandığını düşünüb və onu sığallamaq üçün əlini uzadıb. Qızın atası bildirib ki, həmin vaxt koyot uşağı qolundan dişləyərək sürüyüb aparıb. Kişi baş verənlərə dərhal reaksiya verib və vəhşi heyvana qışqırıb. Yırtıcı qorxub və azyaşlını buraxaraq qaçıb. Koyot hücumundan sonra ata qızını həkimə aparıb. Onun qolundakı yaralar o qədər də ciddi olmayıb. Lenaya quduzluğa qarşı peyvənd vurulub və evə buraxılıb. Medianews.az

Bizə qoşulun