17.03.2025, 07:19
127 baxış
Lamiyə
Venesuelada 3 uşaq minaya düşərək ÖLÜB
Venesuelanın Quariko ştatının Sarasa şəhərində, üç azyaşlı uşaq evlərinin qarşısındakı bağda minaya düşərək həyatlarını itiriblər.
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, faciə üç yaşlı Beyla Sosa, onun altı yaşlı qardaşı Dilan və həmyaşıdı Edqar Tovar uçurtma uçurmaq istədikləri zaman baş verib.
Həmin vaxt Beylə və Dilanın anası evdə olub. O, partlayışdan əvvəl "şüşənin açılma səsi" kimi səs eşitdiyini söyləyib. Qadın küçəyə qaçıb və yerdə yaralı uşaqları görüb. Onlardan birinin qolu və ayağı yox idi.
Zərərçəkənlər təcili olaraq ən yaxın xəstəxanaya çatdırılsa da, həkimlər uşaqları xilas edə bilməyiblər. Müstəntiqlərin müəyyən etdiyi kimi, həyətdəki səki plitələrindən birinin altında çubuq şəklində bubi tələsi quraşdırılıb.
Polis bildirib ki, əvvəllər həmin küçədə müəyyən bir İohanni Maçukinin rəhbərlik etdiyi dəstə fəaliyyət göstəririb. O və əlaltıları 2024-cü ildə polisin keçirdiyi xüsusi əməliyyat zamanı məhv edilib. Müstəntiqlər güman edirlər ki, bubi tələsi o vaxtdan bəri kafellərin altındadır.
Sosa ailəsi yeni evlərinə yalnız yanvar ayında köçüblər. Hadisədən sonra ev sahibi həbs edilib.
Şəhər meri uşaqların ailələrinə başsağlığı verib.
İstintaq davam edir.
Medianews.az