17.03.2025, 13:59
344 baxış
Azad
Ceyhun Əsgərov səhhətindən DANIŞDI
Ötən həftə Bakıdakı Kliniki Tibbi Mərkəzə yerləşdirilən jurnalist Ceyhun Əsgərov artıq evə buraxılıb.
O, martın 17-də Medianews.az saytına açıqlamasında deyib ki, hazırda özünü çox yaxşı hiss edir: “Bildiyiniz kimi, qida zəhərlənməsi ilə əlaqədar Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilmişdim. Üç gün xəstəxanada müayinə və müalicə olundum. Sistemlər qoyuldu, mədə-bağırsaq yuyuldu. Reabilitasiya prosesi tam başa çatdı. Sağ olsun həkimlərimiz, indi özümü əla hiss edirəm”.
1984-cü il təvəllüdlü Ceyhun Əsgərov müxtəlif vaxtlarda telekanallarda (ANS TV, Türkel TV, CBC TV, Baku TV), radiolarda (“Araz” radiosu, ANS ÇM), dövlət qurumlarında (Xəzər Dəniz Gəmiçiliyi, Əmlak Məsələləri Dövlət Xidməti) çalışıb. O, bir ildən çoxdur işsizdir.
Toğrul Əli,
Medianews.az