14.03.2025, 07:38
198 baxış
Lamiyə
Velosiped sürən 5 yaşlı uşaq qadını vuraraq ÖLDÜRDÜ
İtaliyanın Milan şəhərində velosiped sürən 5 yaşlı uşaq 87 yaşlı qadını vuraraq öldürüb.
Medianews.az xəbər verir ki, hadisə qadının rəfiqəsi ilə parkta gəzdiyi zaman baş verib.
Məlumata görə, olanlara səbəb uşağın idarəetməni itirməsi və orta sürətlə qadını vurması olub.
Toqquşma nəticəsində qadın yıxılıb başını yerə çırpıb. Yardım göstərmək cəhdlərinə baxmayaraq, o, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Kiçik velosipedə əlavə təkərlər verə bilməyən uşağın atası əvvəlcə adam öldürmədə ciddi ittihamlarla üzləşib. Prokurorluq hesab edirdi ki, o, insidentin qarşısını almaq üçün tədbirlər görməli idi.
Lakin məhkəmə araşdırması zamanı məlum olub ki, belə bir toqquşmanı proqnozlaşdırmaq mümkün deyil. Nəticədə məhkəmə kişini cinayət məsuliyyətindən azad edib.
Medianews.az
Paylaş: