Medianews.az
Pitbul odlu silahla sahibini <span style=color:red> GÜLLƏLƏDİ
174 baxış

Pitbul odlu silahla sahibini GÜLLƏLƏDİ

ABŞ-də it təsadüfən odlu silahla öz sahibini sol bud nahiyəsindən güllələyərək yaralayıb. Medianews.az "Moskovskiy komsomolets"ə istinadən xəbər verir ki, hadisə kişinin çarpayısında uzanıb sevgilisi ilə söhbət etdiyi zaman baş verib. İt birdən çarpayıya atılıb və pəncəsi odlu silahın tətiyinə ilişib. Hadisədən sonra qaddın evi tərk edib. Kişinin vəziyyəti kifayət qədər stabildir. Məlumata görə, hadisəni törədən it cəmi bir yaşı olan Oreo adlı pitbuldur. Qurbanın dostu pitbulun çox mehriban olduğunu və hadisədən sonra sahibinin yaxşı olduğunu qeyd edib. Medianews.az

Bizə qoşulun