Medianews.az
Sevgilisinin ona ala bilmədiyi tacı <span style=color:red> belə oğurladı - ANBAAN VİDEO
172 baxış

Sevgilisinin ona ala bilmədiyi tacı belə oğurladı - ANBAAN VİDEO

Türkiyədə bir qadın sevgilisinin ona ala bilmədiyi qızıl tacı oğurlayıb. Medianews.az xəbər verir ki, hadisə martın 6-sı, saat 17:30-da, İstanbulun Beyoğlu bölgəsində baş verib. Satıcının şikayəti üzərində təhlükəsizlik kamera görüntüləri araşdırılıb. Qadın polislər tərəfindən evində saxlanılıb. Onun, polis bölməsində ifadə verdiyi zaman "Sevgilimlə gördük və bəyəndik. Pulu olmadığı üçün mənim üçün ala bilmədi. Ona görə də üzülməsin deyə oğurladım" dediyi öyrənilib. Məlumata görə. bir gün Firdevs Ç. adlı qadın sevgilisi ilə birlikdə daxil olduğu mağazada 250 min lirəlik dəyərində olan qızıl tacı bəyəniblər. Lakin sevgilisinin pulu olmadığı üçün əşyanı ala bilməyib. Ertəsi gün qadın yenidən həmin mağazaya gedib, tacı götürərək mobil telefonu ilə onun bir neçə şəklini çəkdikdən sonra qaçıb. Firdevs Ç. “iş yerindən oğurluq” cinayətindən ədliyyəyə sövq edilib. Qadın məhkəmədə şərti olaraq sərbəst buraxılarkən, evdən ələ keçirilən tac zərgərə təhvil verilib. Medianews.az
 

Bizə qoşulun