Medianews.az
Oruc tutmayanları hansı günahlar gözləyir? – <span style=color:red>İlahiyyatçıdan AÇIQLAMA
298 baxış

Oruc tutmayanları hansı günahlar gözləyir? – İlahiyyatçıdan AÇIQLAMA

Ramazan ayı müsəlmanlar üçün bağışlanma, mərhəmət və ruhani yüksəliş dövrüdür. Bu ayda oruc tutmaq yalnız yeməkdən və içməkdən imtina etmək deyil, eyni zamanda nəfsin tərbiyəsi, pis əməllərdən uzaq durmaq və qəlbi saflaşdırmaqdır. İnsanlar bu müqəddəs ayda ibadətlərini artırır, xeyirxah əməllərlə savab qazanmağa çalışırlar. Ancaq Ramazanda hansı günahlardan qaçmaq lazım olduğu və oruc tutmayanların günaha batıb-batmadığı tez-tez düşünülən məsələlərdir. Bu ayda edilən savab əməllər qat-qat çox yazılır, günahlar isə daha ağır sayılır. Bəs, Ramazan ayında hansı günahlardan çəkinmək lazımdır? Oruc tutmayan insanlara günah yazılırmı? Mövzu ilə bağlı Medianews-a açıqlamasında ilahiyyatçı Tural İrfan bildirdi ki, başqa vaxtı günah sayılan əməllər elə orucluqda da günahdır. Haram olan, məkruh olan əməllər Ramazan ayında da haram və məkruhdur: “Sadəcə Razaman ayında xeyirli əməlin savabı artıq olduğu kimi şər əməlin də günahı daha çoxdur. Tutaq ki, Razaman ayında qiybət etmək adi vaxtda etməkdən daha ağır günahdır. Çünki bu ay sırf Allaha məxsusdur. Oruc tumamaq müxtəlif səbəblərdən ola bilər ki, bu üzrlü səbəbdən oruc tuta bilməyənləri qınamaq lazım deyil. Tutaq ki, səfərdə olan, yaşlı və xəstə insanlar, uşaqlar, hamilə qadınlar, süd verən qadınlar oruc tutmaqdan azaddırlar. Amma mümkün olan zaman tutması lazımdır. Buna qıza deyirlər. Ağır işdə çalışanlar, hərbiçilər, yaşam tərzinə görə oruc tutması mümkün olmayan şəxslər yalan mümkün olsa o zaman tuta, qəza edə bilərlər. Amma oruc tutmağa gücü və imkanı olub tutmayan böyük günah qazanır. Oruc tutmayan şəxslər yaxşı olar ki, Razaman ayını ən ehtiramını saxlasınlar. İftar süfrələri təşkil etmək, kasıblara əl tutmaq, sədəqə vermək savab işlərdir”. T.İrfan qeyd etdi ki, orucu pozan əməllər, yemək, içmək, cinsi əlaqə, imalə etmək (klizma), özünü qəsdən qusdurmaq, istimna etmək (anonizm), bədənə qidalandırıcı maye yeritməkdir: “Ehtiyata görə, sübh azanına qədər cəbabətli qalmaq, qatı tüstü və toz udmaq, siqaret çəkmək, başı tam suya salmaq, insanı fasiqliyə və asiliyə aparacaq yalan sözlər danışmaq da orucu pozar. Bunlardan qəti olaraq çəkinmək lazımdır. Makyaj etmək, ətir vurmaq, tüpürcəyi udmaq, ağıza su almaq, dişləri fırçalamaq olar. Yuyunmaq da olar, amma dəniz, göl, hovuz kimi sulara baş vurmaq şübhəlidir, çəkinmək lazımdır, çünki qulaq və burnundan su getmək ehtimalı çoxdur. Oruc tutmayanlar hər gün üçün qəza tutmalıdır. Əgər qəsdən pozubsa Ramazan bitəndə kəffarə orucu da tutmalıdır. Bacarmasa günlərin sayı qədər miskin və kasıb adamlara yemək, ərzaq, qida verməlidir. Buna da imkanı olmasa Allahdan bağışlanma diləməlidir. Bilməyərəkdən yeyib- içmək yaxud orucu pozan əməlləri etmək orucu pozmaz. Oruc tutanlar oruc tuta bilməyən şəxsləri ayıblaya bilməz. Bu böyük günahdır. İftar və ya sədəqə, fitrə, fidyə verəndə oruc tutan, tutmayan təsnifatı aparmaq, ayrıseçkilik etmək də günahdır. Çalışmaq lazımdır ki, maksimum ehtiyacı olanlara yardım olunsun”. Oğuz Ayvaz  

Bizə qoşulun