Medianews.az
400 kiloqramlıq delfin <span style=color:red>  balıqçı qayığına tullandı
183 baxış

400 kiloqramlıq delfin  balıqçı qayığına tullandı

Yeni Zelandiyada 400 kiloqramlıq delfin balıqçı qayığına tullanıb. Medianews.az xəbər verir ki, hadisə martın ilk günlərdində baş verib. Beş metrlik motorlu qayığın sahibi Din Harrison 2 dostu ilə balıq tutmaq üçün dənizə çıxıb. Kişilər sahilə yaxın olan Motukokako körfəzi yaxınlığında balıq tutmağa başlayıblar. Harrison,400 kiloqram, 12 fut uzunluğundakı heyvanın yanlarında olan göyərtəyə çırpıldığını bildirib. Delfin qayığın içində çırpındığı zaman adamlardan birinə dəyib. O, bütün balıqçı çubuqlarını qırıb və qayığın burnunu zədələyib. Balıqçılar özünə gələndə heyvanı yenidən suya atmaq istəsələr də, böyüklüyünə görə buna nail ola bilməyiblər. Daha sonra onlar Təbiəti Mühafizə Agentliyi ilə əlaqə saxlayıb işçilərin artıq onları gözlədiyi estakadaya tərəf gediblər. Yolda kişilər delfinin üstünə su tökərək günəşdən dəsmallarla örtüblər. Traktorun köməyi ilə onu okeana qaytarıblar. Onlar cavan heyvana maori dilində “işarə” mənasını verən Tohu adını veriblər. Harrison gəmisinə eyni adı vermək qərarına gəlib. Medianews.az

Bizə qoşulun