Medianews.az
Sahibini pələngdən xilas edən <span style=color:red> it ÖLDÜ
208 baxış

Sahibini pələngdən xilas edən it ÖLDÜ

Hindistanda alman çobanı iti sahibini pələngdən xilas edərək ölüb. Medianews.az xəbər verir ki, hadisə fevralın 28-nə keçən gecə fermer Şivam Barqaiya öz iti Bento ilə milli parkın kənarında gəzdiyi zaman baş verib. Birdən bir pələng kolların arasından kişiyə hücum edib. Bento dərhal sahibini xilas etmək istəyib. Pələng daha böyük olsa da, it onun hücumlarını qorxmadan dəf edib. Pələng meşəyə qaçıb, it isə ağır yaralanıb. Kişi itini dərhal baytara aparıb. Həkim əlindən gələni edib, lakin iti xilas etməyin mümkün olmayacağını bildirib. Bir neçə saat sonra Bento ölüb. Hindistanlılar itin şücaətinə heyran olub və sahibinə başsağlığı veriblər. Medianews.az

Bizə qoşulun