Medianews.az
Rusiya ilə dostlaşmaq siyasəti iflasa uğrayır – <span style=color:red>Politoloq
175 baxış

Rusiya ilə dostlaşmaq siyasəti iflasa uğrayır – Politoloq

“Trampın kursu Çinlə Rusiyanı bir-birinə daha da yaxınlaşdırır - iki ölkə kütləvi vizasız gediş-gəlişə başlayır”. Politoloq Aydın Quliyev bu fikirdədir. Medianews.az xəbər verir ki, A.Quliyev ABŞ Prezidentinin siyasi strategiyasının onun istədiyi templə getmədiyinə dair daha bir faktı qeyd edir: “Az əvvəl ABŞ-ın dövlət katibi Marko Rubionun açıq söylədiyi bəzi fikirlər dəqiq düşünən bir sıra analitiklərin doğru yolda olduqlarını sübuta yetirdi. Analitiklər Trampın hətta bəzi əlamətləri ilə avantüranı xatırladan siyasətlə Çini təkləmək istədiyini iddia edirlər. Rubio isə bunu acıq şəkildə etiraf etməklə bərabər onu da əlavə etdi ki, Çinlə Rusiyanı bir-birindən ayıra biləcəklərinə o qədər də inanmırlar... Bu da nəticə... Çin və Rusiya vətəndaşların vizasız gediş-gəlişinə nail olmaq üzərində ciddi iş aparırlar. Məsələ burasındadır ki, bu iki ölkənin vizasız gediş-gəlişi indiyə qədər də var. Məsələn, 15 günlük müddət çərçivəsində turistlər, uzaq reys sürücüləri vizasız rejimlə ölkə sərhədlərini keçirlər. Ancaq vizasız rejimin kütləviləşdirilməsi yönündə sürətlə iş aparıldığı rəsmən təsdiqlənib. Belə çıxır ki, Tramp Çini sıxdıqca həm Rusiya-Çin yaxınlaşması sürətlənir, həm də Rusiya ilə "dostlaşma" siyasətinin iflası üzə çıxır”.

Bizə qoşulun