07.03.2025, 07:11
211 baxış
Lamiyə
Dondurmanın içindən ilan ÇIXDI
Tailanddan olan bir kişi dondurma çubuğunda ilan tapıb.
Medianews.az xəbər verir ki, martın 4-də adı açıqlanmayan taylandlı sosial şəbəkədəki səhifəsində bir neçə foto yerləşdirib.
Fotolarda meyvəli dondurulmuş dondurmanın içində bükülmüş ilan görünüb.
Kişi bildirib ki, bu real hadisədir və dondurmanı özü alıb.
Dondurmanın içindəki kiçik ilan qara-yaşıl rəngdədir, lakin onun növü hələ müəyyən edilməyib. Yazı 7,6 mindən çox reaksiya, 2,2 min şərh və 8,5 min repost toplayıb.
Bir insan donmuş ilan yeyərsə, ilan zəhərinin insana necə təsir edəcəyi məlum deyil.
Medianews.az