28.02.2025, 10:45
120 baxış
Lamiyə
İtlər uşağa hücum edib üzünü PARÇALADILAR
Rusiyanın Soçi şəhərində iki xaska iti 9 yaşlı uşağa hücum edərək üzünü parçalayıb.
Medianews.az xəbər verir ki, hadisə fevralın 27-si səhər saatlarında, kəndlərin birində baş verib.
Uşaq ciddi yaralar alaraq şəhər xəstəxanaların birində yerləşdirilib, oradan helikopterlə Krasnodara aparılıb.
Məlum olub ki, oğlan atasını ziyarət etməyə gedirmiş. Uşağın evə getməsinə cəmi bir neçə metr qaldıqda iki vəhşi it hasarın arxasından atılaraq ona hücum çəkib.
Məktəblinin atası bildirib ki, itlər oğluna hücum edən zaman o, yaxında olmayıb. Kişi, maşının yanında uşağını gözlədiyini və başına gələnləri qonşularından öyrəndiyini deyib.
Kişi reanimasiyaya buraxılmayıb, lakin o, cərrahlara oğlanın üzünün fraqmentlərini verə bilib.
Itlərin 48 yaşlı sahibi polisə bildirib ki, itlərini öz mülkündə bağlı saxlayır və bir neçə gündən bir oraya onlara yem vermək üçün gəlir. Lakin bu dəfə əlverişsiz hava şəraiti səbəbindən kişi 10 gün itlərə baş çəkməyib. Nəticədə ac itlər bağlarından qoparaq hasarın altında çuxur qazıb mülkün kənarına qaçıblar.
İtlərin sahibinə qarşı cinayət işi açılıb.
Oğlanın vəziyyəti ağırdır. Sağaldıqdan sonra o, bir sıra plastik əməliyyatlar keçirəcək.
Medianews.az
Paylaş: