Medianews.az
Turiat 10 gün diş pastası yeyərək<span style=color:red> SAĞ QALIB
224 baxış

Turiat 10 gün diş pastası yeyərək SAĞ QALIB

Çində bir turist Çinin şimal - qərbindəki dağlarda 10 gün diş pastası və qar yeyərək sağ qalıb. Medianews.az xəbər verir ki, kişi Şensi əyalətindəki Qinlin dağ silsiləsi ilə səyahət edirdi. Turistin elektron cihazları var idi. Lakin iki gündən sonra onların batareyası bitmişdir. Səyahət zamanı o yıxılaraq sağ qolunu  sındırıb. Dağlarda sağ qalmaq üçün turist özünə yarpaqlardan və samandan çarpayı düzəldib. Kişi onu küləyin əsməsindən böyük bir qayanın arxasında gizlədib. Qeyd olunur ki, kişi 10 gün ərzində dərədən su içib, qar və diş pastası yeyib. Xilasedicilər onu tapıblar. Medianews.az

Bizə qoşulun