Medianews.az
ABŞ-nin İtaliyadakı aviabazası<span style=color:red> BAĞLANDI
80 baxış

ABŞ-nin İtaliyadakı aviabazası BAĞLANDI

ABŞ-nin İtaliyada yerləşən aviabazası nəzarət-buraxılış məntəqəsində baş verən insident səbəbindən bağlanıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə bazanın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, fevralın 26-da səhər saatlarında İtaliyanın Siciliya adasında yerləşən ABŞ-nin "NAS Sigonella" hərbi-dəniz aviabazasının nəzarət-buraxılış məntəqəsində qeyri-müəyyən insident baş verib. "Mövcud vəziyyətlə əlaqədar "NAS Sigonella" (NAS 2) nəzarət-buraxılış məntəqəsində bloklama yerində sığınacaq rejimi qüvvədə qalır", - deyə bildirilib. Qeyd olunur ki, insidentlə əlaqədar ABŞ və İtaliyanın birgə silahlı qüvvələrinin yurisdiksiyasında olan bazanın nəzarət-buraxılış məntəqələrinə daxil olan və çıxan nəqliyyat vasitələrinə xüsusi nəzarət həyata keçirilir.

Bizə qoşulun