Medianews.az
Satıcıya bıçaq çəkib 1 ədəd <span style=color:red> qızılgül apardı
89 baxış

Satıcıya bıçaq çəkib 1 ədəd qızılgül apardı

Rusiyanın Tver vilayətində gül salonunda quldurluq hadisəsi olub. Lent.az bildirir ki, 33 yaşlı yerli sakin gül dükanı satıcısını bıçaqla hədələyib 250 rubl dəyərində 1 qızılgül aparıb. O, saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 162-ci maddəsinin 2-ci hissəsi (“Soyğunçuluq”) ilə cinayət işi başlanıb. Saxlanılan şəxs hadisəni içkili vəziyyətdə törətdiyini deyib. Hazırda təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir. Bu maddə üzrə maksimum cəza cərimə ilə birlikdə 10 ilə qədər həbsdir.

Bizə qoşulun