24.02.2025, 06:03
308 baxış
Lamiyə
Qız təsadüfən özünü tapança ilə VURDU
Rusiyanın paytaxtı Moskvada mənzillərin birində dəhşətli hadisə baş verib.
Medianews.az xəbər verir ki, qız təsadüfən travmatik tapança ilə özünə atəş açaraq ölüb.
Hadisə mərhumun ovçu olan 32 yaşlı sevgilisinin evində baş verib.
Oğlan evində saxlayan silahların birini təmizləmək üçün çıxarıb. Qız masadakı travmatik tapançanı başına tutaraq zarafat etmək istəyib və təsadüfən tətiyi çəkib.
Oğlan silahın dolu olmadığına əmin olduğunu bildirib.
Mərhum 29 yaşında idi və Neyrokoqnitiv Tədqiqatlar Mərkəzində elmi işçi işləyirdi.
Ailəsi hərtərəfli araşdırma aparılmasını tələb edir.
Medianews.az