Medianews.az
İntihara cəhd etmiş şairin <span style=color:red>son durumu
137 baxış

İntihara cəhd etmiş şairin son durumu

Ötən gün intihara cəhd edən gənc şair Həsən Kürün son vəziyyəti açıqlanıb. TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir: "22 fevral 2025-ci il saat 19:10 radələrində 1996-cı il təvəllüdlü (kişi cinsli) şəxs müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı, qapalı kəllə-beyin travması diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır", - məlumatda qeyd olunub.

Bizə qoşulun