Medianews.az
Qarlı hava ilə bağlı təcili yardıma <span style=color:red> neçə nəfər müraciət edib?
158 baxış

Qarlı hava ilə bağlı təcili yardıma neçə nəfər müraciət edib?

Ötən gecədən bu gün saat 10:00-a qədər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə əlverişsiz hava şəraiti ilə əlaqədar 24 nəfərin (14-ü qadın, 10-u kişi cinsli olmaqla) müraciəti qeydə alınıb. Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlardan 23 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. "1 nəfər isə hospitalizasiyadan imtina edib",- deyə məlumatda qeyd edilib.

Bizə qoşulun