20.02.2025, 09:52
141 baxış
Lamiyə
5 yaşlı uşaq 3 santimetrlik sancağı UDDU
Türkiyənin Bitlis şəhərinin Güroymak rayonunda 5 yaşlı uşaq 3 santimetr olan iti sancağı udub.
Medianews.az xəbər verir ki, uşaq davamlı mədə ağrılarından şikayət edib.
Daha sonra ailəsi tərəfindən müxtəlif səhiyyə müəssisələrinə aparılıb. Nəticə ala bilməyən ailə xəstəxanaya müraciət edib. Burada çəkilən rentgendə uşağın sancağı 9 ay əvvəl udduğu və əşyanın sidik kisəsi divarına ilişdiyi müəyyən olunub.
Azyaşlı əməliyyat olunub və sancaq müvəffəqiyyətlə çıxarılıb.
Ümumi sağlamlıq vəziyyəti yaxşı olan uşaq evə buraxdıq.
Medianews.az