Medianews.az
“Qarabağ” - “Kəpəz” oyunu ilə bağlı <span style=color:red>QƏRAR
161 baxış

“Qarabağ” - “Kəpəz” oyunu ilə bağlı QƏRAR

AFFA Peşəkar Futbol Liqasına müraciət edib.  QOL.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Müraciət 15 mart 2025-ci ildə Tovuz şəhərində Azərbaycan futbolu adına bir sıra əhəmiyyətli tədbirlər keçiriləcəyi səbəbindən həmin gün Misli Premyer Liqasının 27-ci turu çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutmalı olan “Qarabağ” – “Kəpəz” matçının yerinin dəyişdirilməsi ilə bağlıdır.
Peşəkar Futbol Liqası bu müraciəti və hər iki klubun razılıq məktubunu rəhbər tutaraq Misli Premyer Liqasının 2024-2025-ci illər mövsümünün təqviminə dəyişikliyin edilməsinə qərar verib. Beləliklə, 27-ci turun Bakıda keçirilməli olan “Qarabağ” - “Kəpəz” matçı martın 15-də “Kəpəz” - “Qarabağ” oyunu olaraq Tovuz şəhər stadionunda təşkil ediləcək. 

Bizə qoşulun