19.02.2025, 11:01
252 baxış
Lamiyə
Çobanın bədəni parçalanmış vəziyyətdəTAPILDI
Hindistanın Uttarakhand əyalətində pələng 35 yaşlı çobanı yeyib.
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, hücum fevralın 14-də cümə günü baş verib.
Kişi yaxınlıqdakı meşəyə mal-qara otarmağa gedib və geri qayıtmayıb.
Ertəsi gün itkin düşən şəxsin qohumları və həmkəndliləri axtarışa çıxıblar. Kənddən təxminən iki yarım kilometr aralıda insan qalıqları aşkar edilib. Tezliklə onların çobana məxsus olduğu məlum olub.
Məhrumun bədəninin yarısı yox idi.
Meşə təsərrüfatı idarəsi bildirib ki, böyük ehtimalla kişi pələngin hücumuna məruz qalıb, lakin bu hələ dəqiq müəyyən edilməyib.
Ərazinin sakinləri Sinqhin ailəsinə dərhal təzminat ödənilməsini və aqressiv heyvanın tapılmasını tələb ediblər.