Medianews.az
100 kiloqramlıq qaban qadına <span style=color:red>  HÜCUM ETDİ – ANBAAN VİDEO
324 baxış

100 kiloqramlıq qaban qadına  HÜCUM ETDİ – ANBAAN VİDEO

Çinin Şensi əyalətindən olan yaşlı qadın 100 kiloqramlıq qabanın hücumuna məruz qalıb. Medianews.az xəbər verir ki, hadisə fevralın 12-də Hanzhong şəhəri yaxınlığındakı kənddə baş verib. Çinli qadın heyvanı bir neçə dəfə əsa ilə vurub. Qaban, onu yerə yıxıb və dişləməyə başlayıb. Qadının qonşusu uzun taxta ilə qabanı qovmağa çalışıb, lakin heyvan ona da hücum edib. Təqaüdçü ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Heyvanın onun bir neçə damarını kəsdiyi bildirilir. Həkimlər 3 saat davam edən əməliyyat zamanı qurbanı xilas edə biliblər. Onun müdafiəsinə qalxmağa çalışan kişi də ayağından xəsarət alıb. Daha sonra polis aqressiv heyvanın izinə düşərək onu məhv etməyə müvəffəq olub. Hüquq-mühafizə orqanları donuzun çəkisinin 100 kiloqramdan çox olduğunu təsdiqləyib. Kənd 600-dən çox vəhşi heyvan növünün yaşadığı dağlıq ərazidə yerləşir. Bəzi heyvanlar qida axtarmaq üçün məskunlaşan ərazilərə yollanır. Medianews.az [playlist type="video" ids="788838"]

Bizə qoşulun