Medianews.az
Xəyanəti öyrənən qadın <span style=color:red>sevgilisini GÜLLƏLƏDİ
243 baxış

Xəyanəti öyrənən qadın sevgilisini GÜLLƏLƏDİ

Braziliyanın Sao Paulu ştatında 36 yaşlı qadın 46 yaşlı sevgilisinin xəyanətini öyrəndikdən sonra onu kürəyindən güllələyib daha sonra isə, qaçıb. Medianews.az xəbər verir ki, kişi xəstəxanaya çatdırılıb, vəziyyəti stabildir. Qadın, sevgilisi qan içində yerdə uzanaraq onu bir daha vurmaması üçün yalvardığı zaman onu ələ salıb. O, daha sonra geri çəkilib və tətiyi çəkib, lakin tapança həmin an çalışmayıb. Xəsarət alan şəxs qalxmağa çalışarkən, sevgilisi mənzilə qayıdır. Daha sonra divandan bıçaq götürür və kişinin üzərinə qışqırır. Qonşulardan biri, cütlüyün davamlı olaraq mübahisə etdiyini deyib. Hadisə ilə bağlı istintaq davam edir. Medianews.az  

Bizə qoşulun