Medianews.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Saat 14:30-da başlayacaq oyunda “Şamaxı” evdə “Sumqayıt”ı qəbul edəcək. “Şamaxı” hazırda turnir cədvəlində 17 xalla 9-cu pillədədir. 22 xala malik “Sumqayıt” isə altıncıdır. Günün ikinci matçında isə “Sabah”la “Turan Tovuz” qarşılaşacaq. “Bank Respublika Arena”da keçiriləcək oyun saat 17:00-da başlayacaq. 36 xala malik “Turan Tovuz” hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Sabah” isə 28 xalla beşincidir. Misli Premyer Liqası -XXII tur 9 fevral 14:30. “Şamaxı” – “Sumqayıt” Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev. VAR: Tural Qurbanov. AVAR: Teymur Teymurov. Hakim-inspektor: Munis Abdullayev. Şamaxı şəhər stadionu 17:00. “Sabah” – “Turan Tovuz” Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov. VAR: Cavid Cəlilov. AVAR: Eyyub İbrahimov. Hakim-inspektor: İmanxan Sultani. “Bank Respublika Arena” Qeyd edək ki, XXII turun digər oyunları fevralın 10-da və 11-də keçiriləcək.