Medianews.az
Silhalı dava faciə ilə bitdi -<span style=color:red> Əlil arabasında olan...
182 baxış

Silhalı dava faciə ilə bitdi - Əlil arabasında olan...

Türkiyənin Kocaeli bölgəsinin Darıca rayonunda 2 qrup arasında baş verən silahlı dava zamanı, əlil arabasında olan şəxs arada qalaraq ölüb. Medianews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yanvarın 29-u, axşam saatlarında baş verib. Səhər mübahisə edən iki qrup axşam saatlarında yenidən üz-üzə gəlib.

Hər iki tərəfin silahla atəş açdığı davada 2 şəxs və əlil arabasında olan Mətin Hacıoğlu (40) da boynundan ağır yaralanıb.

Metin Hacıoğlunu xilas etmək mümkün olmayıb.

Hadisə yerinə gələn polis qrupları tərəfindən aparılan araşdırma zamanı 20 ədəd boş patron, latun düyünlər və yapışqanlar aşkar edilərək, güllənin binanın pəncərəsinə dəydiyi müəyyən edilib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Bizə qoşulun