28.01.2025, 13:23
230 baxış
TURAN
Şahin Bağırovdan ödənilməyən əməkhaqları ilə bağlı açıqlama
Son günlər mediada Dövlət Gömrük Komitəsi əməkdaşlarının 3 aydan bəridir ki, əməkhaqlarını ala bilməməsinə dair xəbərlər yayılıb.
Həmin məlumatlarda bildirilir ki, hər hansı bir səbəb göstərilmədən əməkhaqları verilmir.
Medianews.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov gununsesi.info-ya açıqlamasında bu barədə suala aydınlıq gətirib: "Bəzi texniki məsələlər var. Onlar həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur".
Xatırladaq ki, bir neçə gün öncə Dövlət Gömrük Komitəsi əməkdaşlarının əməkhaqlarını almaması ilə bağlı məlumat verilmişdi.