24.01.2025, 09:10
267 baxış
Lamiyə
Bu ölkə Moskvadakı paradda iştirak etməyəcək - Səbəbi isə....
Almaniya Moskvada Böyük Vətən Müharibəsinin başa çatmasının ildönümünə həsr olunmuş Qələbə Paradında iştirak etməyəcək.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın Rusiyadakı səfiri Aleksandr Lambsdorf danışıb.
“Xeyr, Moskvada biz rəsmi səviyyədə paradda təmsil olunmayacağıq”, - diplomat bildirib. Eyni zamanda, Lambsdorf əlavə edib ki, belə bir qərara səbəb Ukraynadakı münaqişədir.
Paylaş: