Medianews.az
Beyinin sirlərini açmağa kömək edəcək <span style=color:red>SMARTFONLAR
163 baxış

Beyinin sirlərini açmağa kömək edəcək SMARTFONLAR

Kanadalı alimlər insan beyninin öyrənilməsi və xəstələrin reabilitasiyası üçün smartfonlar və digər sensor cihazlarından istifadə etməyi təklif ediblər. Medianews.az “Lenta.ru”ua istinadən xəbər verir ki, araşdırma "Computers in Human Behavior" jurnalında dərc olunub. Alberta Universitetinin (Kanada) mütəxəssisləri qeyd ediblər ki, adətən insanın reaksiyası və qərar qəbuletmə testləri klaviatura və siçanla təchiz edilmiş kompüter vasitəsilə həyata keçirilir. Elm adamları kompüteri smartfon və ya planşetlə əvəz etməyi təklif etdilər, çünki sensor insanların qadcetlərlə qarşılıqlı əlaqədə olması üçün daha tanış bir üsuldur. Tədqiqatçılar bildiriblər ki, smartfon və planşetlər xüsusi laboratoriya avadanlığı və siçan izləmə testləri kimi insan haqqında eyni məlumatları toplaya bilir. Onlar həmçinin hesab edirlər ki, xəstə siçanla deyil, öz barmaqları ilə əməliyyat etdikdə həkimlərin insan davranışını öyrənmək və beyindəki qərar vermə sirlərini açmaq daha asan olacaq. Tədqiqatçı Kreyq Çepmen qeyd edir ki, sensor qurğular qərar vermənin motor imzalarını aşkar etməkdə daha yaxşı ola bilər, çünki insanlar real həyatda olduğu kimi hərəkət etməli və qarşılıqlı əlaqədə olmalıdırlar”. Onun sözlərinə görə, bu məlumatların toplanması imkanı xəstələrin distant reabilitasiyasında faydalı olacaq. Həmçinin, məsələn, korporasiyalar uzaqdan sınaq vasitəsilə onların reaksiyasını və düşüncə sürətini qiymətləndirərək işçiləri işə götürə biləcəklər.    

Bizə qoşulun