Medianews.az
Polisdən qaçaraq özlərini 4-cü mərtəbədən <span style=color:red>atdılar - ÖLƏN VAR
129 baxış

Polisdən qaçaraq özlərini 4-cü mərtəbədən atdılar - ÖLƏN VAR

Türkiyədə polisdən qaçmağa çalışan iki qeyri-qanuni immiqrant özlərini binanın 4-cü mərtəbəsindən lövhənin üstünə atmaq istəyərkən yerə beton üzərinə düşüblər. Medianews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yanvarın 20-də Van şəhərinin İpekyolu bölgəsində baş verib. Hadisə zamanı 1 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb. Ağır yaralanan digər şəxs isə təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Bizə qoşulun