Medianews.az
FKSB-nin baş məşqçisi: <span style=color:red>"Oyun çətin keçəcək"
191 baxış

FKSB-nin baş məşqçisi: "Oyun çətin keçəcək"

"Qarabağ" güclü komandadır". Oxu.Az xəbər verir ki, bunu FKSB-nin (Rumıniya) baş məşqçisi Elias Xaralambous Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının oyunundan əvvəl mətbuat konfransında deyib. Mütəxəssis Ağdam təmsilçisinin təcrübəli komanda olduğunu vurğulayıb: "Rəqibimiz və onun baş məşqçisi təcrübəlidir. Bizim üçün çətin olacaq. Amma komandamız yaxşı durumdadır. Çalışacağıq bunu sabah meydanda göstərək". O, "köhlən atlar"ın fəxri prezidenti Abdolbari Gozalın vəfatı ilə bağlı danışıb: "Qarabağ" üçün əhəmiyyətli şəxs həyatını itirib. Onu sevənlərə və klubun bütün üzvlərinə başsağlığı verirəm". Baş məşqçi heyətdə çatışmazlıqlar olduğunu bildirib: "Zədəli futbolçularımız var. Bu səbəbdən alternativlər fikirləşirik. Yenə də bunun bizə ciddi təsir etməyəcəyini düşünürəm". Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FKSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FKSB 11 xalla 10-cu sıradadır.

Bizə qoşulun