20.01.2025, 09:08
176 baxış
Nailə
Təyyarə qəzası ilə bağlı 3 ölkədə cinayət işi açılıb
Azərbaycan, Qazaxıstan və Rusiyada təyyarə qəzası ilə bağlı cinayət işi açılıb.
Medianews.az xəbər verir ki, bunu jurnalistlərlə açıqlamasında baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, hazırda hər üç ölkə özünə uyğun sübutları toplayıb istintaqa təqdim edib.
Baş prokuror həmçinin ermənilərin məhkəmə prosesi barədə də danışıb.
Kamran Əliyev vurğulayıb ki, ölkə qanunlarına və beynəlxalq konvensiyalara uyğun məhkəmə prosesi davam edəcək.
Paylaş: