Medianews.az
Tanınmış jurnalist <span style=color:red>VƏFAT ETDİ - FOTO
150 baxış

Tanınmış jurnalist VƏFAT ETDİ - FOTO

Bir müddətdir xərçəngdən müalicə alan tanınmış jurnalist, Türkiyə Jurnalistlər Cəmiyyətinin (TGC) üzvü  Gülşən Ahıska 67 yaşında dünyasını dəyişib. Medianews.az news24.az-a istinadla xəbər verir ki, Türkiyə Jurnalistlər Cəmiyyətinin İdarə Heyəti Gülsen Ahıskanın vəfatından sonra başsağlığı verib. "Uzun illər jurnalistika peşəsinə uğurla xidmət edən üzvümüz Gülşən Ahıskanın vəfatından dərin hüznlə kədərlənirik. Həmkarımızın ailəsinə və mətbuat ictimaiyyətinə başsağlığı veririk", - başsağlığı mesajında deyilir. Gülşən Ahıskanın bu gün dəfn ediləcəyi bildirilir. Gülşən Ahıska 1958-ci ildə Ərzurumda anadan olub. Kadıköy Ticarət Liseyini bitirib. Əmək fəaliyyətinə 1984-cü ildə "Sabah" qəzetində başlayıb. "Hürriyet" və "Yeni Günaydın" qəzetlərində çalışıb. O, TGC üzvü Özer Ahıska ilə evli idi.

Bizə qoşulun