Medianews.az
İmişlidə baş vermiş <span style=color:red>dəhşətli qəza ilə bağlı TƏFƏRRÜAT - VİDEO
130 baxış

İmişlidə baş vermiş dəhşətli qəza ilə bağlı TƏFƏRRÜAT - VİDEO

İmişlidə baş verən dəhşətli qəzanın yeni təfərrüatı məlum olub. Medianews.az lent.az-a istinadən xəbər verir ki, hadisəyə səbəb olan avtomobilin sükanı arxasında yeniyetmə olub. Bildirilib ki, araşdırmalar nəticəsində məlum olub ki, YPX avtomobilinin qarşısına çıxan "Mersedes" markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin sürücülük hüququ olmayıb. Onun 17 yaşı var və dayısına məxsus avtomobillə hərəkət edib. Qeyd edək ki, ötən gün İmişlidə xidmətə gedən DYP-nin avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan iki nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Bizə qoşulun