18.01.2025, 13:57
358 baxış
Lamiyə
2 şagirdin öldüyü ağır qəzanın DETALLARI - YENİLƏNİB
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18 yanvar saat 12:50 radələrində İmişli rayonu, Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub.
Xəsarət alan 3 uşaq (qadın cinsli) 1-i kritik ağır olmaqla, müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
1992-ci il təvəllüdlü (kişi cinsli) və 2015-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə ilkin olaraq, qapalı kəllə-beyin travması diaqnozu təyin olunub və ilkin zəruri tibbi xidmətlər göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir.
Təxliyə olunan şəxslərdən 1 nəfərin (qadın cinsli) xəstəxanada həkimə qədər ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, 1 uşağın isə hadisə yerində həkiməqədər ölümü baş verib.
16:56
İmişli rayonunda baş verən qəza zamanı dünyasını dəyişən azyaşlılar hadisəni törədən polis əməkdaşının qardaşı övladlarıdır.
Bu barədə Lent.az saytı mənbələrinə istinadən xəbər yayıb.
Qəzada xəsarət alan yol polis inspektorunun da vəziyyəti ağır olduğu bildirilir.
16:01
İmişli şəhərindəki ağır-yol nəqliyyat hadisəsi zamanı həyatını itirən və xəsarət alan şagirdlərin hansı məktəbdə oxuduqları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəzaya düşən məktəblilər İmişli rayonu Yalavac kənd İ.Səfərov adına tam orta məktəbin şagirdləri olublar.
Hadisə bu gün saat 12:30-da, məktəblilər dərsdən evə gedən zaman baş verib. Qəzada iki nəfər həlak olub, bir nəfər isə xəstəxanaya yerləşdirilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Zenfira Sevdimalı Oxu.Az-a açıqlamasında bildirib ki, faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır:
"Ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq".
14:49
İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.
Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.
Faktla görə cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.