Medianews.az
Rusiyalı çempionu Moskvada<span style=color:red> başından güllələyiblər
255 baxış

Rusiyalı çempionu Moskvada başından güllələyiblər

Ağır atletika üzrə Rusiya çempionu Vladimir Feşşenkonun meyiti Moskvanın mərkəzində tapılıb. Musavat.com ArbatMedia-ya istinadla xəbər verir ki, ilkin məlumatlara görə, idmançı güllə yarasından ölüb. İdmançının meyidi yanvarın 13-nə keçən gecə paytaxtın Olxovskaya küçəsindəki binada tapılıb. Mütəxəssislər mərhumun başında güllə yarası aşkarlayıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və araşdırmalara başlayıblar. Hazırda faciənin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Hadisənin səbəbləri və motivləri hələlik məlum deyil.

Bizə qoşulun