Medianews.az
Naxçıvanda 8 dərəcəyədək şaxta qeydə alınıb - <span style=color:red>FAKTİKİ HAVA
105 baxış

Naxçıvanda 8 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb. Bu barədə Medianews.az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir. Yanvarın 11-i saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Binə, Pirallahı, Hacıqabul, Culfa, Şəmkir, Şamaxı, Şabran, Yevlax, İmişli, Kürdəmir, Biləsuvar, Cəfərxan, Sabirabad, Zərdabda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9 dərəcə isti, Aran rayonlarında 2 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-də və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

Bizə qoşulun