Medianews.az
Atışı ilə gündəm olan Yusuf Dikeç <span style=color:red> dünyaca məşhur SERİALINDA
191 baxış

Atışı ilə gündəm olan Yusuf Dikeç dünyaca məşhur SERİALINDA

Paris 2024 Olimpiya Oyunlarında gümüş medal qazanan Türkiyənin milli atıcısı Yusuf Dikeç dünyaca məşhur serial olan “The Day of the Jackal” serialının reklamında yer alıb. Medianews.az türk mediasına istinadən xəbər verir ki, Yusuf Dikeç 10 metrdən pnevmatik tapançadan istifadə edərək atış tərzi ilə dünya gündəminə düşüb. Oskarlı aktyor Eddi Redmeynin baş rolda oynadığı serialın reklamında Dikeç güzgünün önündə dayanaraq vəzifəsini yerinə yetirdikdən sonra üzündəki maskanı çıxarır. “Yusuf Dikeçlə həqiqəti açmaq” başlıqlı videoda maskanın altından çıxan şəxs Eddi Radmaynedir. Serialda aktyor maska dəyişdirməkdə usta olan snayperi canlandırır.

Bizə qoşulun