Medianews.az
Bu kənddə xəstələnmək<span style=color:red> QADAĞANDIR
134 baxış

Bu kənddə xəstələnmək QADAĞANDIR

İtaliyada Kalabriyanın cənub bölgəsində yerləşən Belkastro kənddində sakinlərin xəstələnməsi qadağan olunub. Medianews.az “NTV”yə istinadən xəbər verir ki, bələdiyyə sədri Antonio Torçia bununla bağlı qərar qəbul edib. Sakinlərə həmçinin zərərli ola biləcək davranışlara yol verməmək, məişət qəzalarından çəkinmək, evdən tez-tez çölə çıxmamaq, səyahət etməmək və idmanla məşğul olmamaq tapşırılıb. Bələdiyyə sədri bildirib ki, kəndin növbətçi həkim məntəqəsi yalnız arabir işləyir. Onlar həftə sonları, bayram günləri və iş vaxtından kənar fəaliyyət göstərmir. Kənddəki 1200-dək sakinin təxminən yarısı 65 yaşdan yuxarıdır və kəndə ən yaxın təcili yardım xidməti 45 kilometr uzaqlıqda yerləşir. Qeyd edək ki, Kalabriya bölgəsi ölkənin ən yoxsul bölgələrindən biridir. Kəndi, təxminən 15 il əvvəl mərkəzi hökumətin xüsusi idarəçiliyinə verilmiş səhiyyə sistemini siyasi yanlış idarəçilik və mafiya müdaxiləsi çökdürüb. 2009-cu ildən bəri bölgədəki xəstəxanaların 18-i bağlanıb. Nəticədə, Kalabriyanın iki milyona yaxın sakininin təxminən yarısı bölgədən kənarda tibbi yardım axtarır. Kubanın 2022-ci ildə İtaliya bölgəsinə 3 il müddətinə müxtəlif tibb müəssisələrində işləmək üçün 497 həkim göndərəcəyi açıqlanıb. Regional qubernator Roberto Occhiuto keçən il bu həkimlərin Kalabriya xəstəxanalarını "xilas etdiyini" söyləyib.

Bizə qoşulun