07.01.2025, 07:17
123 baxış
Lamiyə
“Məhəmməd” adı Hollandiyada ən çox seçilən adlar SIRASINDA
“Məhəmməd” 2024-cü ildə Hollandiyada oğlan uşaqlarına verilən adlar siyahısında dördüncü yerdədir.
Medianews.az “NTV”yə istinadən xəbər verir ki, bu barədə Hollandiya Sosial Müdafiə Təşkilatı məlumat paylaşıb.
Ötən il ölkədə yeni doğulan uşaqlar üçün ən çox seçilən kişi adı 922 ilə "Nuh", 657 ilə qızlar üçün "Emma" adları olub.
Fərqli yazılışları ilə birlikdə qiymətləndirildikdə, "Məhəmməd" adı siyahıda 715 dəfə seçilərək, ən çox verilən adlar arasında dördüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, 2023-cü ildə "Məhəmməd" adı siyahıda ikinci olub. O zaman ona 721 dəfə üstünlük verilmişdir.