Medianews.az
Çində zəlzələ nəticəsində ölənlərin sayı <span style=color:red>95-ə çatıb
149 baxış

Çində zəlzələ nəticəsində ölənlərin sayı 95-ə çatıb

Tibetdə zəlzələ qurbanlarının sayı artaraq 95 nəfərə çatıb. Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. "Saat 15.00-a (Bakı vaxtı ilə 11:00) Tibet Muxtar Vilayətinin Tinqri bölgəsində baş verən zəlzələ nəticəsində 95 nəfər həlak olub, 130 nəfər xəsarət alıb", - yerli hakimiyyət orqanlarına istinadən verilən məlumatda deyilir. Qeyd edək ki, zəlzələ Çinin cənub-qərbində Nepalla sərhəddə baş verib. Yeraltı təkanların maqnitudası 6,8 olub, yeraltı təkanların episentri Şiqatse şəhərindən 163 kilometr cənub-qərbdə, təxminən 10 kilometr dərinlikdə yerləşib.  

Bizə qoşulun