Medianews.az
Yeni qəhrəmanlıq SALNAMƏSİ: <span style=color:red>Mərd davranış, şücaət, ölümün gözünə dik baxmaq... - FOTO
198 baxış

Yeni qəhrəmanlıq SALNAMƏSİ: Mərd davranış, şücaət, ölümün gözünə dik baxmaq... - FOTO

“Dekabrin 25-i “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında düşməsi regionumuzda insan tələfatı ilə faciəyə səbəb olub. Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda həlak olan ekipaj üzvlərinin vida mərasimi keçirilir. Dövlət başçısı İlham Əliyev də mərasimdə iştirak edib. Günlərdir Azərbaycan media və sosial şəbəkə seqmentində bu barədə yazılar, fikilər və rəylər bitmir. Hər kəs həmrəylik dalğasındadır. Dövlət və xalq birliyi növbəti dəfə sərgilənib. Və nəticədə Rusiyadan üzrxahlıq zəngi gəlib”. Bu barədə Medianews.az-a açıqlamasında siyasi şərhçi Gülsel Səfərova bildirib. O qeyd edib ki, pilotlar və bələdçimizin şücaəti yeni yazılmış qəhrəmanlıq salnaməsi kimi yadda qalacaq. Siyasi şərhçinin qənaətincə, həlak olmuş iki pilot və bir nəfər bələdçinin son ana qədər göstərdikləri şücaətdən hələ cox danışılacaq: “Hökumə Əliyevanın titrək səsi ilə mərd davranışı və ölümün gözünə dik baxması Azərbaycan qadınını növbəti dəfə cəsarətlilik simvoluna çevirdi. Digər tərəfdən, mənim diqqətimi çəkən professionallığı və vətənpərvərliyi önə çəkilən pilotlar Kşnyakin İqor və Kalyaninov Aleksandrın rusəsilli olması idi. Azərbaycanda onlarla yaşayan milli azlıqlar var və hər birini birləşdirən Ulu Öndər Heydər Əliyevn əsasını qoyduğu azərbaycançlıq ideologiyasıdır. İqor və Aleksandr rüsəsilli olmaqla, məharətləri ilə əsl azərbaycançılıq möqvelərini ortaya qoydular. Qısası, Azərbaycançılıq elə budur”. G.Səfərova vurğulayıb ki, pilotlar həm də Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasına sadiq və peşəsinə sədaqətli olmalarına görə əbədi yadda qalacaqlar: “Belə olan halda həlak olmuş hər üç ekipaj üzvünün adının əbədiləşdirilməsi məqsədəuyğun olardı. Küçələrin birinə onların adlarının verilməsi, Milli Aviasiya Akademiyasında onlara aid sərlövhələrin yerləşdirilməsi, dərsliklərə bu barədə mövzunun daxil edilməsi növbəti nəsil gənc pilot və bələdçilərə bir işıq olardı. İnanıram ki, bizim pilotların şücaəti xarici təhsil ocaqlarında da nümunə olaraq göstəriləcək. Sözügedən hadisə son zamanlar hava qəzalarında sağ qalmış ən çox adam sayısı ilə də diqqəti çəkir. Bu isə birbaşa əzm, peşəkarlıq və vətənə bağlılıqla əlaqələndirilir. Azərbaycan xalqının qəhrəmanları tükənməyəcək, bundan sonra da qəhrəmanlarımızın sayı çox olacaq. Lakin arzum həmin qəhrəmanların həlak olmaması və sağlıqlarında qiymət verilməsidir”. Xatırladaq ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Onlardan 38 nəfəri həyatını itirib, 27 sərnişin və iki ekipaj üzvü sağ qalıb. Nailə QASIMOVA

Bizə qoşulun