29.12.2024, 13:00
132 baxış
Nailə
Tovuzda yol qəzası olub: ölən və xəsarət alanlar var
Tovuzda ölümlə nəticələnən ağır yol qəzası olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İbrahimhacılı kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan iki “VAZ-2106” markalı minik maşını toqquşub.
Qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.